Cəlilabadda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçirib
Cəlilabad rayonunda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçirib.
Muğan bürosunun məlumatına görə, fləşmob 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar “Yaşasın Azərbaycan” tədbirlər planının icrasına əsasən baş tutub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən fləşmobda “Azərbaycan xəritəsi” yaradılıb.
Tədbirdə 350 gənc iştirak edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45