DYP paytaxt yollarında piyadalara qarşı nəzarəti gücləndirdi – VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Səbail rayon Dövlət Yol Polisi (DYP) şöbəsi əməkdaşları ilə birgə piyadalara qarşı nəzarəti gücləndirib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Səbail rayon DYP əməkdaşları ilə birgə rayon ərazisində profilaktik tədbirləri davam etdirirlər.
Təşkil olunan tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.
BDYPİ-nin məlumatına görə, cari ilin doqquz ayı ərzində təkcə Səbail rayonu ərazisində qayda pozuntusuna yol verən 835 piyada inzibati məsuliyyətə cəlb edilsə də, təəssüflər olsun ki, piyada məsuliyyətsizliyi yenə də qalmaqda və bu məsuliyyətsizlik ölümlərə səbəb olmaqdadır.
BDYPİ bir daha piyadaları yollarda məsuliyyətli olmağa və qaydalara ciddi riayət etməyə çağırır.
(055) 436-46-45