Gəncədə tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
İyunun 27-də Gəncə şəhər sakini Kamil Cəfərovun qəsdən öldürülməsi faktı üzrə Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
İstintaqla Samir Hüseynovun tanışı Kamil Cəfərovu aralarında yaranmış mübahisə zamanı şəhərin Nəriman Nərimanov prospektində yerləşən kafedə bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Samir Hüseynova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
(055) 436-46-45