Azərbaycanda nəhəng yükü daşımaq üçün qazılan asfaltla bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Qazax magistral yolunda yük maşınının nəhəng texnikanı daşıması ilə bağlı açıqlama verib.

İdarənin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər dövlət əhəmiyyətli yükün daşınması zamanı qeydə alınıb:

“Bununla bağlı müvafiq icazə alınıb. Eyni zamanda, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli yüklərin daşınmasına dair tələblər əsasında daşıma prosesi aidiyyəti qurumlarla birgə təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirilib”.

15:04

Bakı-Qazax magistral yolunda yük maşınının nəhəng texnikanı daşıması marağa səbəb olub.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, yük maşınının üzərindəki ağır texnikanın hündür olması nəqliyyat vasitəsinin yerüstü keçidin altından keçməsinə əngəl törədib.

Nəticədə yolun asfalt qatı təmizlənib və yük oradan keçirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yük müstəqillik dövründə tikilən 1 280 meqavatlıq ən böyük elektrik stansiyasına aparılıb.

Yük turbin və generatordan ibarətdir.

Qeyd edək ki, müstəqillik dövründə ən böyük elektrik stansiyası Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilib.

Həmin görüntüləri təqdim edirik:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45