Əhaliyə XƏBƏRDARLIQ – Noyabrın bu günlərindən…

Dostuna göndər xəbərdən agah olsun:

Noyabr ayında zəif və güclü maqnit qasırğaları gözlənilir.

Günəş aktivliyi hər bir insana fərqli təsir göstərir. Bəziləri üçün depressiv əhval-ruhiyyə və ya miqren, digərləri üçün isə xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur.

AGAH.AZ  lent.az-a istinadən bildirir ki, noyabrda maqnit qasırğaları ayın 18-20, 24-26, 29-30-da olacaq.

Noyabr ayının təhlükəli tarixlərinin təqvimi:

• 18-20 noyabr – zəif geomaqnit qasırğası;

• 24-26 noyabr – orta geomaqnit qasırğası;

• 29-30 noyabr – zəif qasırğa.

Hər bir insan maqnit qasırğalarını hiss edə bilər. Bu dövrdə meteohəssas insanlar xüsusilə diqqətli olmalıdırlar. Ən çox müşahidə olunan əlamətlər bunlardır:

• depressiv əhval-ruhiyyə və əsəbilik,

• qan təzyiqinin artması və ya azalması,

• yuxunun pozulması,

• oynaq ağrısı,

• apatiya və ya narahatlıq,

• baş ağrısı və başgicəllənmə,

• xroniki xəstəliklərin kəskinləşməsi.

Təhlükəli günlərdə sadə tövsiyələrə əməl etməlisiniz:

►Fiziki fəaliyyətlə məşğul olun.

►Sağlam qidalanmaya riayət edin.

►İstirahət edin və kifayət qədər yatın.

►Daha çox təmiz su için.

►Spirtli içkilər və yağlı qidalar qəbul etməyin.

►Stressdən və narahatedici hadisələrdən çəkinin.

►Lazımi dərmanlar üçün evinizdəki ilk yardım dəstinin içindəkiləri yoxlayın.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45