“Otis” qasırğası Meksikada 39 nəfərin ölümünə səbəb olub

Dostuna göndər xəbərdən agah olsun:

“Otis” qasırğası Meksikada 39 nəfərin ölümünə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə Meksika hökumətinin saytında məlumat verilib.

Qerrero ştatının Baş Prokurorluğunun məlumatına görə, ölənlərin 29-u kişi və 10-u isə qadındır. Bundan başqa 220 035 yaşayış binasına ziyan dəyib, dəymiş ziyanın qiymətləndirilməsi davam etdirilir.

Eyni zamanda bölgədəki iki böyük xəstəxanaya və Akapulko Beynəlxalq Hava Limanının infrastrukturuna ziyan dəyib. Turizm sektoru obyektlərinin 80%-ə qədərinin təmirə ehtiyacı var. Ştatda bir neçə əsas yol bağlanıb. Bölgədə qasırğanın nəticələrinin aradan qaldırılması işlərinə 8,5 minə yaxın hərbi qulluqçu və enerji şirkətlərinin 1,3 min əməkdaşı cəlb olunub.

Qeyd edək ki, “Otis” qasırğasının daxilində küləyin maksimal sürəti 75 m/s-ə çatıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45