Azərbaycan Prezidentinin köməkçisi İranın ölkəmizdəki səfiri ilə görüşüb

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi teleqram kanalında məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri, habelə İsrail-Fələstin münaqişəsi, İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45