Əli Əsədov Gürcüstana səfər edib – YENİLƏNİB + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Gürcüstana işgüzar səfərə gedib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Tbilisidə Şota Rustaveli Beynəlxalq Hava Limanında Baş naziri Gürcüstanın infrastruktur naziri İrakli Karseladze və başqa rəsmi şəxslər qarşılayıblar.

21:15

Baş nazir Əli Əsədov Gürcüstana səfərə gedib.

APA xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.

Bildirilib ki, Əli Əsədov sabah Tbilisidə keçiriləcək Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45