Nazir: “Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına mühüm töhfə verir”
“Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına mühüm töhfə verir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Respublika Gününə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, uzun müddət davam edən münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən Qazaxıstan bu gün də işğaldan azad edilmiş ərazilərin bərpasına öz töhfəsini verməkdədir: “Füzulidə Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü də qardaşlıq münasibətlərinin təzahürüdür. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu da öz növbəsində iqtisadi tərəfdaşlığımızın genişlənməsinə töhfə verir”.
P.Şahbazov bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da inkişaf etməsində ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın və Qazaxıstan-Azərbaycan biznes şurasının fəaliyyəti əsas rol oynayır.
“İnanıram ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra da regional sabitliyə və ölkələrimizin rifahına töhfə verəcək”, – nazir söyləyib.
(055) 436-46-45