Qulaqlığın qurbanı olanlar – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Dövrümüzdə qulaqlıqlardan istifadə edənlər çoxdur, ancaq bəziləri təkcə istifadə etmirlər, həm də bu cihazlardan asılı vəziyyətə düşüblər. Çünki kənardan baxdıqda həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünürlər. Gözlərindəki ifadə donuq və qeyri müəyyəndir, sanki səninlə onlar arasında bir uçurum var. Naqilsiz qulaqlıqlar bazara çıxandan sonra isə bu tendensiya daha da artıb.

“Forbes”un məlumatına görə, 2023-cü ildə dünyadakı avtomobil qəzaların 13 faizinə səbəb diqqətin yayınmasıdır. Bu xəsarətlə nəticələnən avtoqəzaların 14 faizi, ölümlə nəticələnən qəzaların isə səkkiz faizini təşkil edir. Belə hadisələrdə ölüm hallarının ən çox olduğu yaş qrupu 15-20 yaş arasıdır.

“Xəbər Ertəsi”nin apardığı sorğu zamanı da vətəndaşlar qulaqlıqla yolu keçənlərə tez-tez rast gəldiklərini deyirlər.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45