Gəncədə şirniyyat istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Gəncədə fəaliyyət göstərən “Ballı” şirniyyat istehsalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb.

Agentlikdən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Təbriz küçəsi 100 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Yusibov Zaur Füzuli oğluna məxsus “Ballı” şirniyyat istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45