HƏMAS tərəfdarları İsveçdən deportasiya oluna bilər

Dostuna göndər xəbərdən agah olsun:

Gələcəkdə İsveç hakimiyyəti Fələstinin HƏMAS hərəkatına rəğbət bəsləyən insanları krallıqdan deportasiya edə bilər.

Bu barədə İsveçin miqrasiya məsələləri üzrə naziri Mariya Malmer Stenerqard İsveçin “Aftonbladet” qəzetinə məlumat verib.

Onun sözlərinə görə, əgər insan terroru yayan yolu dəstəkləyirsə, o zaman onun ölkədə qalmaq hüququ sual altındadır.

Bundan əvvəl Britaniyanın “BBC” teleradioyayım korporasiyasının Londondakı baş ofisi radikal HƏMAS hərəkatını terrorçu adlandırmaqdan imtina etdiyi üçün onun üzərinə qırmızı boya tökmüşdülər.

İsrailin prezidenti İsaak Herzoq bildirib ki, “BBC”nin Fələstinin HƏMAS hərəkatını terror təşkilatı kimi qələmə vermək istəməməsi faktların təhrifidir.

Mənbə: Gazeta.ru

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45