Ərdoğan Misir Prezidenti ilə İsrail-Fələstin münaqişəsini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsində getdikcə ağırlaşan vəziyyət, İsrailin Qəzzada günahsız vətəndaşlara qarşı törətdiyi insan haqları pozuntuları və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan Qəzzadakı fələstinlilərin vətənlərindən köçməyə məcbur edilməsinin qəbuledilməz olduğunu, Türkiyənin sülhün təmin edilməsi, Qəzzaya humanitar yardımın ən qısa zamanda çatdırılması üçün hər cür səy göstərməyə davam edəcəyini bildirib.
(055) 436-46-45