Sumqayıtda 53 yaşlı kişi küçədə yıxılaraq ölüb
Sumqayıtda 53 yaşlı kişi küçədə yıxılaraq ölüb.
“Report”un yerli bürosu məlumat verir ki,hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
1970-ci il təvəllüdlü İlahəddin Atakişiyev küçədə gedərkən qəflətən yıxılıb və dünyasını dəyişib.
Əraziyə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının briqadası və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45