“BakuBus” daha bir neçə istiqamət üzrə marşrutları həyata keçirəcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli, Sumqayıt-Quba şəhərlərarası, Mingəçevir 12 nömrəli şəhərdaxili, paytaxtın 108A və 169 nömrəli şəhərətrafı, 33 nömrəli şəhərdaxili, 567, 592 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb.
Bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
– “Bakı-Şabran-Bakı” marşrutu üzrə fiziki şəxs Telman Əli oğlu Qasımov;
– “Bakı-Siyəzən-Bakı” marşrutu üzrə fiziki şəxs Azad Məmmədhüseyn oğlu Qurbanov;
– “Bakı-Ağcabədi-Bakı” marşrutu üzrə fiziki şəxs Səbuhi Adil oğlu Soltanov;
– “Bakı-İmişli-Bakı” marşrutu üzrə iki fiziki şəxs – Bakir Ayaz oğlu Mustafayev və Ülviyyə Fəzail qızı Bayramova;
– Sumqayıt-Quba-Sumqayıt marşrutu üzrə fiziki şəxs – Hüseyn Əliabbas oğlu Abbasov və hüquqi şəxs “Sumqayıt-Nəqliyyat -1” MMC;
– Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu üzrə fiziki şəxs Pərviz Biləndər oğlu Mustafayev;
– Bakının 108A nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;
– Bakının 169 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Bus Trans” MMC;
– Bakının 33 nömrəli şəhərdaxili müntəzəm marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;
– 567 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “NA Transport” MMC;
– 592 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Xaliq Faiqoğlu” MMC;
– 596 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə fiziki şəxs Orucov Malik Ələkbər oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim ediləcək.
(055) 436-46-45