Deputat: “Azərbaycan hansısa ölkələrə hesabat vermək məcburiyyətində deyil”

Dostuna göndər xəbərdən agah olsun:

“Azərbaycan öz torpaqlarında antiterror tədbirləri həyata keçirib və buna görə hansısa ölkələrə hesabat vermək məcburiyyətində deyil”.

AGAH.AZ -ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan onların səlib yürüşlərinə son qoyub: “30 il ərzində Azərbaycan xalqına qarşı törədilən cinayətlərə, soyqırımılarına niyə səs çıxarmayıblar? Biz hər birimiz bilməliyik ki, bundan sonra Azərbaycan əleyhinə qərarlar qəbul ediləcək. Bu baxımdan, xalqımız, diasporamız bütün bunlara hazırlıqlı olmalı və bu cür hallarda yerindəcə lazımi cavablarını verməlidirlər”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45