Bakıda külək güclənib, bəzi rayonlarda yağış yağıb – FAKTİKİ HAVA
Oktyabrın 19-u saat 17:00-a olan hava proqnozuna əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
Bu barədə AGAH.AZ -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Mərkəzi Aran və Balakən, Şəki bölgələrində arabir yağış yağıb.
Şimal-qərb küləyi bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında 18 m/san-dək güclənib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45