“Azərişıq” rəsmisi: “Şəhərlərin əksəriyyətində elektrik şəbəkələrindəki ənənəvi dayaqların heç biri olmayacaq”
“Türkdilli dövlətlərin gənc energetikləri arasında keçirilən “Şəbəkələrin rəqəmsal transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışının azad edilmiş ərazilərdə keçirilməsi simvolik məna daşıyır”.
Oxu.Az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayev Hadrutda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı şəbəkələrin rəqəmsal transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışında deyib.
O bildirib ki, qardaş ölkələrin energetiklərinin azad edilmiş rayonlara dəvət edilməsi simvolik olmaqla yanaşı, yarış iştirakçılarını “Azərişıq” ASC tərəfindən görülmüş işlərin, xüsusən də innovativ həllərə dair müəyyən yeniliklərin tətbiqi, SCADA sistemi, qapalı yarımstansiya forması və digər işlərlə tanış etməkdir:
“Şəhərlərin əksəriyyətində elektrik şəbəkələrindəki ənənəvi dayaqların heç biri olmayacaq. Elektrik şəbəkələri tamamilə yeraltı, xüsusi izolyasiyalı kabellərlə aparılır. Biz bunu ilk dəfə Şuşada tətbiq etmişik”.
(055) 436-46-45