Tarakan teoremi nədir?

Tarakan teoremi nədir?
Dostuna göndər xəbərdən agah olsun:

MIT məzunu, Google Chrome-un rəhbəri Sundar Pichai:
Bir gün bir restoranda bir tarakan tapıldı. Tarakan orda olan qadınlardan birinin üstünə çıxdı. Qadın qışqırmağa başladı. Qorxudan üzü ağappaq olmuşdu. Titrəyən əlləri ilə tullana-tullana üstündəki tarakanı yerə atmağa çalışırdı.

Deyəsən, qorxan təkcə həmin qadın deyildi. Qadınla eyni masa ətrafında oturmuş digər adamlar da üst-başlarını təmizləmək üçün ayağa durub qışqırırdılar.
Qadın istədiyinə nail ola bilmişdi. Tarakanı təmizləyə bilmişdi. Amma bu dəfə də tarakan başqa qadının üstünə düşmüşdü.

Bu qadın da əvvəlki qadının verdiyi reaksiyanı vermişdi. Hətta bu qadın daha çox qorxmuşdu. Gözləri qıpqırmızı qızarmışdı. Qışqırığı bütün restoranı bürümüşdü. Bu qadın istəyinə daha tez nail oldu. Tarakanı üstündən təmizləyə bildi. Amma bu dəfə də növbə ofisiantda idi.

Ofisiant qorxsa da, özünü cilovladı. Köynəyində gəzişən tarakanı müşahidə etdi. Dərin nəfəs alıb tarakanı tutdu və restoranın çölünə atdı.

Qəhvəmi içə-içə olanları izləyəndə beynimdə bir sual yarandı: Qadınların bu hərəkətlərinin, qışqırıqlarının səbəbi tarakan idi?

Əgər eləydisə, ofisiant niyə eyni reaksiyanı vermədi? Hadisəni çox rahat, mükəmməl şəkildə həll etdi. Səbəb tarakan deyildi, səbəb tarakanın yaratdığı narahatçılığı qadınların həll edə biləcək qabiliyyətdə olmaması idi.

Anladım ki, atamın, həyat yoldaşımın və rəisimin qışqırması deyildi məni narahat edən, məni narahat edən bu narahatçılığın qarşısında özümü aciz hiss etməyim idi.

Həyatdakı narahatçılıqları yaradan şey o problemlər deyildi, mənim həmin problemlərə verdiyim reaksiyalar idi. Anladım ki, həyatda hadisələrə reaksiya verməməliyəm, əvəzinə o hadisələrə cavab verməliyəm. Qadınlar tarakana reaksiya verdiyi halda, ofisiant isə cavab verdi.

Reaksiyalar hisslərimizlə etdiyimiz davranışlar, cavablar isə ətraflı düşünülərək qətiləşmiş qərarlardır.

Həyatı anlamağın ən gözəl yolu:
Xoşbəxt olan biri həyatındakı hər şey problemsiz olduğu üçün xoşbəxt deyil. Xoşbəxt olmasının səbəbi həyatındakı problemlərə qarşı duruşunun güclü olmasıdır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45