Bakıda kişi həyat yoldaşını öldürüb
Oktyabrın 16-da saat 14 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Yaqut Himayət qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Anar Malik oğlu Həşimov könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45