Cəlilabadda uzun illərdir təmir olunmayan yol yararsız vəziyyətə düşüb – FOTO
Cəlilabad rayonu, Göytəpə şəhəri, Savalan yaşayış massivində yerləşən Nəriman Nərimanov küçəsindəki yol keçilməz vəziyyətə düşüb.
Bu barədə “Report”un yerli bürosuna bir qrup sakin müraciət edib.
Onların sözlərinə görə, sözügedən küçədəki yol uzun illərdir bu vəziyyətdədir. Sakinlər deyirlər ki, bu yolda qış gələndə palçıq, yayda isə toz-torpaq əlindən hərəkət etmək olmur:
“Bu küçədəki mənzillərdə 60-a yaxın ailə yaşasa da, yol minlərlə sakinə xidmət göstərir, amma xidmətdən nə biz, nə də sürücülər rahat istifadə edə bilirik. Övladlarımız məktəbə gedib-gələndə əziyyət çəkirlər. Xüsusən, qış aylarında hərəkət çətinləşdiyindən heç məktəbə gedə də bilmirlər. Yağış yağanda gərək bu yolda uzunboğaz çəkmə ilə hərəkət edəsən”.
Problemlə bağlı Göytəpə şəhər bələdiyyəsindən bildirildi ki, yol problemi mərhələli şəkildə həll olunur. Sözügedən küçədəki yola asfalt örtüyün çəkilməsi planlaşdırılır.
(055) 436-46-45