“Mingəçevir” su anbarında batan şəxsin kimliyi bilinib, axtarış aparılır – YENİLƏNİB

Dostuna göndər xəbərdən agah olsun:

“Mingəçevir” su anbarında batan şəxsin kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, həmin şəxsin Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Bayramov Sərdar Valeh oğlu olduğu məlum olub.

Qeyd edək ki, həmin şəxs balıqçı olub və yaxınları onun dünəndən itkin düşdüyünü bildirib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

20:08

Samux rayonunda, “Mingəçevir” su anbarında 1 nəfər batıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batan şəxsin axtarışları aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45