Nəsimi rayonunda sakinləri narahat edən zəbt olunmuş dayanacaqlar

Dostuna göndər xəbərdən agah olsun:

Vətəndaşların daha çox narazılıq etdiyi məsələlərdən biri də binaların həyətlərində, yolların kənarlarında müxtəlif vasitələrlə özləri üçün “park yeri” düzəltmiş şəxslərlə bağlıdır. Belə ki, “bura mənim yerimdir” prinsipi ilə dəmir vasitələr, zəncir, plastik su qabları və s. qoyaraq məhəllədaxili yollarda və səkilərdə, o cümlədən binaların həyətlərində “parkinqlər” düzəldirlər. Hətta bəzən bilməyərək hansısa sürücü onların “yerində” saxlasa maneə yaratmaq üçün qarşısını kəsirlər. Bu isə çox zaman yersiz mübahisələr və davaya çevrilir.

Agah.az-ın qaynar xəttinə daxil olan bu mübahisəli “parking” məsələsi də Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsindəki yol kənarı zəbt olunmuş “parking” yerindəndir. Bir neçə ildir həmin ərazidə qanunsuz parklanma ilə ərazini zəbt edib fəaliyyət göstərib sakinlərdən pul yığan və pul verilmədiyi təqdirdə avtomobili saxlanmasına müəyyən maneələr yaradan bu şəxs və şəxslərin yığdıqı pullar hara gedir? Adını deməyən qanunsuz parkinq yaradan bu şəxs şifahi dialoq zamanı sözügedən yol kənarının adını çəkmədiyi Daxili İşlər Nazirliyinin əməkdaşına məxsus olduğunu dilə gətirir.

Bəs görəsən qanunvericilikdə bununla bağlı hansı müddəlar nəzərdə tutulub?

İnzibati xətalar məcəlləsinin  354.0.4. maddəsində deyilir ki, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45