Bakıda iki nasaz maşın yolda digər avtomobillərin hərəkətinə problem yaradıb – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda Ziya Bünyadov ilə Azadlıq və Atatürk prospektlərinin kəsişməsində iki texniki nasaz avtomobilin yolda qalması digər nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaradıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edilib ki, hazırda bu avtomobillərin yolda qalması səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. NİİM-in əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45