Bakıda bu yolda hər gün belə tıxac yaranır – AÇIQLAMA/VİDEO
Bakıda hər gün tıxac müşahidə edilən yollardan biri ilə bağlı görüntülər yayılıb.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşidirilib.
Belə iddia olunur ki, Sabunçu vağzalı adlanan ərazidə Ə.Məmmədəliyev küçəsindəki tıxacın səbəbi əks yola çıxan sürücülərdir. Sürücülər qarşıdan gələn yolu bağlayır və nəticədə belə tıxac yaranır.
Məsələ ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirdi ki, paytaxt ərazisində günün pik saatlarında hərəkətin intensiv təşkil olunduğu küçə və prospektlərdə bəzi sürücülərin tələskənlik edərək qarşı nəqliyyatın yoluna çıxmaqla sıxlıq və tıxaclara səbəb olan hərəkətləri yol verilməzdir:
“Bu, inzibati məsuliyyət yaradan hal olmaqla yanaşı həmin yollardan istifadə edən piyadaların hərəkəti üçün də ciddi təhlükə yaradır. Bildirmək istəyirik ki, bu cür qayda pozuntuları ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları ilə yanaşı xüsusi texniki vasitələrlə qeydə alınmaqla da elektron qərarlar qəbul edilir.
İnzibati tənbeh tədbirlərinin seçilməsindən asılı olmayaraq hər bir sürücü, piyada hərəkətin ümumilikdə bütün iştirakçıları yol hərəkəti qaydalarına həyati əhəmiyyətli olduğu üçün ciddi şəkildə riayət etməlidirlər. Nəzərə almaq lazımdır ki, bəzən “bilmirdim”, “tələsirdim” və “getdiyim yerə gecikirəm” kimi ifadələr insanları məsuliyyətdən, eyni zamanda baş vermiş ağır yol nəqliyyat hadisələrinin bədbəxt sonluqlarından xilas etmir.
Eyni zamanda bildirəm istəyirik ki, qeyd olunan ərazidə Sabunçu rayonu Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ciddi nəzarətə götürülməklə müvafiq tədbirlərin həyata keçirilməsi üçün xüsusi göstəriş verilib”.
(055) 436-46-45