Prezident Azərbaycanla Özbəkistan arasında imzalanan sənədi təsdiqləyib

Dostuna göndər xəbərdən agah olsun:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Qanunu təsdiqləyib.

Sazişin adında “Azərbaycan-Özbəkistan İnvestisiya Fondu” sözləri “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (“Fondu”) sözləri ilə əvəz edilib.

Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45