Bakının mərkəzində orta məktəb bərbad şəraitdə fəaliyyət göstərir – VİDEO
AGAH.AZ xezerxeber.az-a istinadən xəbər verir ki, məktəbin nə darvazası, nə də gözətçisi var.
Məktəbin ətrafı yaşıllıq olsa da, tulllantı əlindən ayaq basmaq mümkün deyil. Yaşı 50-ni ötmüş bu tikilidə 120 şagird təhsil alır.
Sinif otaqlarından tutmuş balaca dəhlizinə, hətta ayaqyoluna belə nəzər saldıqda, burada azyaşlıların necə təhsil aldığı insanı dəhşətə gətirir.
Məktəbin direktoru Şahmar Məmmədov bildirib ki, Kamallı kənd orta məktəbi əvvəlcə Ağcəbədidə olub. 2013-cü ildən isə Bakıya köçürülüb. Məktəbin həyətini dəfələrlə öz vəsaitləri hesabına təmizlədiblər, amma ətrafda yaşayan sakinlər tullantılarını məhz bu əraziyə atırlar.
Şahmar Məmmədov qeyd edib ki, bu tədris ocağının istilik problemi də yoxdur, sadəcə təmirə ehtiyacı var.
Ətraflı süjetdə:
(055) 436-46-45