Ucarda meyit tapılıb
Ucar sakini naməlum şəraitdə ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Heydər Əliyev prospektində baş verib. Təxminən 45-50 yaşlarında olan Əhliman adlı şəxsin avtomobil yolunun kənarında meyiti tapılıb. Mərhumun hansı səbəbdən və hansı şəraitdə öldüyü məlum deyil.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45