Bakıda sərnişin avtobusu hasara çırpıldı

Agah.az xəbər verir ki, Bakının Suraxanı rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, 197 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.
Qəzanın səbəbləri və xəsarət alanların olub-olmaması ilə bağlı araşdırma aparılır.
Açar sözlər: Bakı avtobus qəzası, Suraxanıda avtobus qəzası, 197 nömrəli marşrut qəzası, sərnişin avtobusu hasara çırpıldı, yol-nəqliyyat hadisəsi, Bakıda yol qəzası.