DSX-nin mart ayında sərhəd mühafizəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri

DSX-nin mart ayında sərhəd mühafizəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Dövlət Sərhəd Xidməti (DSX) 2025-ci ilin mart ayında dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirib.

Ay ərzində sərhədin pozulması ilə əlaqədar olaraq 13 nəfər saxlanılıb. Onların 4-ü Azərbaycan, 3-ü İran, 2-si Əfqanıstan, 2-si Pakistan, 1-i Şri-Lanka, 1-i Türkiyə vətəndaşı olub.

Daha sonra, İran İslam Respublikasından iki pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin ölkə sərhədindən keçirilməsi cəhdi qarşısı alınıb və uçuş aparatları zərərsizləşdirilib. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində isə saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə sərhəd keçməyə cəhd edən 5 nəfər saxlanılıb.

Sərhəd rejimi qaydalarını pozan 850 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 319 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində 293 kiloqram 867 qram narkotik vasitə və 4116 ədəd narkotik tərkibli güclü təsiredici vasitə dövriyyədən çıxarılıb. Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində isə ümumi dəyəri 3 milyon 955 min 218 manat olan qaçaqmal, o cümlədən dron, pnevmatik tapança və ona məxsus qırmalar, dərman vasitələri, pirotexniki vasitələr, spirtli içki və tütün məmulatları aşkar edilərək götürülüb.

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: