Sarı dənizdə sualtı qayığın oksigen sistemlərinin sıradan çıxması nəticəsində 55 dənizçi həlak olub
Sarı dənizdə nüvə sualtı qayığının oksigen sistemlərinin sıradan çıxması nəticəsində 55 çinli dənizçi həlak olub. Çin hadisəni inkar edir.
Britaniyanın gizli hesabatına görə, avqustun 21-də nüvə sualtı qayığı Britaniya və Amerika gəmiləri üçün nəzərdə tutulmuş tələyə düşüb. Oksigen sistemlərinin sıradan çıxması nəticəsində ekipaj zəhərlənib.
Qeyd edək ki, ölənlər arasında Çin sualtı qayığının kapitanının, həmçinin 21 zabitin olduğu güman edilir.
Mənbə: UNİAN
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45