Mütəxəssis süd vəzi xərçənginə zəmin yaradan amilləri açıqlayıb
“Çoxsaylı abortlar, hamiləlikdən qorunmaq üçün həblərin uzunmüddətli qəbulu və digər amillər süd vəzi xərçənginə zəmin yaradır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyeva deyib.
Onun sözlərinə görə, süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir:
“Bu növün rast gəlindiyi qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Xəstəlik erkən mərhələdə aşkarlandıqda müalicə yolu ilə sağalma ehtimalı yüksəkdir. Bu səbəbdən qadınlar mütəmadi olaraq bu məsələyə həssas yanaşmalı, vaxtında həkimə müraciət etməlidirlər”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45