Ağdamda avtomat silah müsadirə edildi – Saxlanılan var

Ağdamda avtomat silah müsadirə edildi – Saxlanılan var
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ağdam rayonunda polisin keçirdiyi əməliyyat zamanı qanunsuz silah-sursat saxlayan şəxs müəyyən edilib.

Məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakini Səbuhi Səfərov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı “AK-74” markalı avtomat silah aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs silahı bir müddət əvvəl tapdığını və evində gizlətdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər: Ağdam, polis əməliyyatı, silah-sursat, avtomat, AK-74, cinayət, araşdırma.

Dostuna göndər xəbərdən agah olsun: