Kürlə dənizin qovuşduğu ərazidə vurulan suaşıran bənd uçulub – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Kürlə dənizin qovuşduğu ərazidə vurulan suaşıran bənd uçulub.

“Report”un Aran bürosunun məlumatına görə, son vaxtlar havaların qeyri-sabit keçməsi Kürün Neftçala rayonu ərazisindən keçən hissəsinə öz təsirini göstərib.

Belə ki, qısa müddətdə çayda suyun səviyyəsi 3 metrdən çox qalxdığından Kürün deltasında vurulan suaşıran bənd təzyiqə davam gətirməyərək uçulub.

Artıq suaşıran bəndin 70 metrdən çox hissəsi yuyulub.

Kür birbaşa dənizə axdığından çayda suyun səviyyəsi sürətlə azalmaqda davam edir. Dəniz suyunun yenidən Kür çayına qarışmaq təhlükəsi yaranıb. Elə yerli sakinləri də narahat edən bu məsələdir.

Qeyd edək ki, son iki-üç ildə Kürün səviyyəsi minimum həddən də aşağı olduğundan dəniz suyu çaya qarışırdı. İçməli su ilə yanaşı, əhali əkin sahələrini suvarmaqda çətinlik çəkirdi.

Çayın şoranlaşmasının qarşısını almaq məqsədi ilə Xəzər dənizi ilə Kür çayının birləşdiyi deltada uzunluğu 350 metr, eni isə 16 metr olan suaşıran bənd vuruldu. Bəndin tikintisi isə bu ilin yanvarında başa çatmışdı.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45