Dron ilə 10 kg narkotik daşıdılar

Dron ilə 10 kg narkotik daşıdılar
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıb. Onlardan 15 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalar nəticəsində məlum olub ki, onlar narkotik maddəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edib və maddi qazanc qarşılığında müxtəlif ünvanlara çatdırmağı planlaşdırıblar.

Bundan başqa, polis əməkdaşları Səncərədi kəndindəki örüş sahəsinə baxış zamanı PUA vasitəsilə gətirilən bağlamada əlavə 10 kiloqram marixuana aşkarlayıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər: Astara, narkotik əməliyyatı, marixuana, qaçaqmalçılıq, PUA, polis əməliyyatı, Daxili İşlər Nazirliyi.

Dostuna göndər xəbərdən agah olsun: