Bakıda 19 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda 19 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Murad Zərbəlizadəyə hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospekti, 265 ünvanında M.Zərbəlizadə şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 19 yaşlı Fərhad Soltanovu bıçaqlayıb. Zərbələr onun qarın və sol baldırına dəyib.

Daha sonra M.Zərbəlizadə saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45