Bakıda narkokuryer saxlanıldı: 4 kq marixuana aşkarlanıb

Bakıda narkokuryer saxlanıldı: 4 kq marixuana aşkarlanıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı 25 yaşlı Elgün Muradov tutulub. Onun üzərində aparılan yoxlama zamanı 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri gizli yerlərdən götürərək müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi rayonunda keçirilən əməliyyatlar nəticəsində 110 narkotik faktı aşkarlanıb və ümumilikdə 24 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Dostuna göndər xəbərdən agah olsun: