Gəncədə azyaşlı xəstəxanada vəfat edib

Agah.az xəbər verir ki, Gəncə şəhəri 2 saylı Uşaq Xəstəxanasında azyaşlının ölümü qeydə alınıb.
Məlumata görə, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.