Azad edilmiş ərazilərdə daha 138 mina və 605 partlamamış sursat

Agah.az xəbər verir ki, martın 3-dən 9-dək azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 48 tank əleyhinə, 90 piyada əleyhinə mina, eləcə də 605 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı həftəlik məlumata əsasən, ümumilikdə 1365.3 hektar ərazi minalardan təmizlənib.
Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilib.