“Qırmızı Kitab”a Düşən Heyvanlar Ovlayan Şəxs Saxlanıldı

“Qırmızı Kitab”a Düşən Heyvanlar Ovlayan Şəxs Saxlanıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsindən verilən məlumata görə, Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində “Qırmızı Kitab”a düşən çöl quşları və balıqların qeyri-qanuni ovu ilə məşğul olan V.Məmmədli saxlanılıb.

Saxlanılan şəxsdən qadağan olunmuş ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar və çöl quşları aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: Qızılağac Milli Parkı, qanunsuz ov, “Qırmızı Kitab”, polis, saxlanılma, cinayət.

Dostuna göndər xəbərdən agah olsun: