Mart ayının pensiyaları qrafikdən əvvəl ödənildi

Agah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyalarını əvvəlcədən ödəyib.
Nazirlikdən verilən məlumata görə, ölkənin digər bölgələrində yaşayan pensiyaçılar, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər, eləcə də bütün müavinət, təqaüd və ünvanlı sosial yardımlar da qarşıdan gələn bayramlarla əlaqədar qrafikdən əvvəl ödəniləcək.