Azərbaycanda mülki odlu silah əldəetmə yaşı 21-ə qaldırıldı

Azərbaycanda mülki odlu silah əldəetmə yaşı 21-ə qaldırıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Milli Məclis “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik edərək, mülki odlu silah əldə etmək hüququ üçün yaş həddini 18-dən 21-ə qaldırıb.

Dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq, üçüncü oxunuşda təsdiqlənib. Qanunvericiliyə əsasən, xidməti və mülki silah əldə etmək hüququ olanlar sırasına dövlət orqanları, hüquqi şəxslər, silah istehsalı və satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri, eləcə də təhsil müəssisələri daxildir.

Dostuna göndər xəbərdən agah olsun: