Qazaxıstanda neft quyusunda yanğın baş verib

Agah.az xəbər verir ki, Qazaxıstanın Atırau vilayətində yerləşən “Qərbi Prorva” yatağında neft quyusu yanır.
“Embamunayqaz” SC-nin məlumatına görə, martın 6-da “Jılıoymunayqaz” Neft-qazçıxarma idarəsinin 437 saylı quyusunda perforasiyadan sonra nasos-kompressor borusunun endirilməsi zamanı qaz sızması baş verib. Bu, borunun atılması ilə nəticələnib və yanğına səbəb olub.
Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Hazırda “Embamunayqaz” operativ qərargahı tərəfindən ərazidə bərpa işləri aparılır, yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür.