Bakıda sürücüsü olmayan avtobus qəza törətdi

Bakıda sürücüsü olmayan avtobus qəza törətdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda qəribə hadisə baş verib – sürücüsü olmayan avtobus qəza törədib.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirlinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.

Park vəziyyətində olan “Daewoo” markalı, 10-TG-753 dövlət nömrə nişanlı avtobus texniki nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı avtobusda sürücü olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Bayraq Meydanı yaxınlığında baş verib.  Avtobus əsas yol ilə bulvar arasında olan arakəsməyə çırpılıb.

Açar sözlər: Bakı, avtobus qəzası, Bayraq Meydanı, sürücüsüz avtobus, yol-nəqliyyat hadisəsi.

Dostuna göndər xəbərdən agah olsun: