Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatdı

Agah.az xəbər verir ki, Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı çatıb.
Bu gün kəndə çatan karvan 25 ailədən (75 nəfər) ibarət olub. Bununla da Həsənriz kəndinə köçürülən ailələrin ümumi sayı 50-yə (166 nəfər) yüksəlib.
Qeyd edək ki, martın 3-də Həsənriz kəndinə 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Köçürülən ailələr əsasən ölkənin müxtəlif yerlərində yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Açar sözlər: Ağdərə rayonu, Həsənriz kəndi, köç karvanı, məcburi köçkünlər, geri dönüş.