Bakıda kirayə qaldığı evlərdən oğurluq edən şəxs saxlanıldı

Agah.az xəbər verir ki, Bakıda kirayə yaşadığı evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqqəti yaşayan şəxsin həmin ünvanda kirayəşin qalan iki nəfərin mobil telefonunu oğurlaması barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini, 23 yaşlı Fikrət Ramazanov saxlanılıb. Araşdırmalar zamanı onun F.X.Xoyski küçəsində yerləşən elektronika və məişət avadanlıqları mağazalar şəbəkəsindən, eləcə də kirayədə yaşadığı daha üç evdən oğurluq etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.