Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə Od çərşənbəsi qeyd edilir

Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə Od çərşənbəsi qeyd edilir
Dostuna göndər xəbərdən agah olsun:

Ağdərə rayonunun Həsənriz kəndində 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi qeyd edilir.

“Report”un Qarabağ Bürosu xəbər verir ki, ötən gün doğma ocaqlarına köçürülən kənd sakinləri bayram tonqalı yandırıblar.

Kənd sakinləri bayram tonqalı ətrafında rəqs ediblər.

Qeyd edək ki, martın 3-də Ağdərə rayonunun Həsənriz kəndində 25 ailə olmaqla, 91 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

Dostuna göndər xəbərdən agah olsun: