Martın 4-də ölkə ərazisində hava şəraiti açıqlanıb

Agah.az məlumat verir ki, martın 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmalı olacaq, əsasən yağmursuz keçəcək. Lakin martın 3-dən 4-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az miqdarda yağıntı düşə bilər. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-8° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Ölkənin rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntı, qar yağışı gözlənilir. Mülayim qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlıq ərazilərdə isə gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.