Ordubadda dəm qazından kütləvi zəhərlənmə baş verib

Agah.az xəbər verir ki, Ordubad rayonunun Ağrı kəndində dəm qazının sızması nəticəsində bir nəfər ölüb, üç nəfər isə zəhərlənib.
Hadisə zamanı 1935-ci il təvəllüdlü Salman Bağırov, onun həyat yoldaşı 1943-cü il təvəllüdlü Mənzər Bədəlova, gəlinləri 1961-ci il təvəllüdlü Qızbəsti Zeynalova və qohumları 1955-ci il təvəllüdlü Rəmziyyə Fətəliyeva dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə çatdırılıblar. Lakin S. Bağırovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.