Ölkə ərazisində hava şəraiti kəskin dəyişib, qar yağır

Ölkə ərazisində hava şəraiti kəskin dəyişib, qar yağır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustan, Altıağac, Quba, Qusar, Xaltan və Şabranda qar yağır.

Milli Hidrometeorologiya Xidmətinin saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda isə 15 m/s-yə çatıb.

Hazırda Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvanda 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Dostuna göndər xəbərdən agah olsun: